Azərbaycan və Türkiyə XİN rəhbərləri danışıblar | YENİLƏNİB

Azərbaycan və Türkiyə XİN rəhbərləri danışıblar |  YENİLƏNİB
  20 Yanvar 2026    Oxunub:976
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata əsasən, telefon danışığı zamanı, Azərbaycan-Türkiyə arasında ikitərəfli, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq müzakirə olunub.

Bununla yanaşı, regional təhlükəsizlik məsələləri, Yaxın Şərqdə vəziyyət, eləcə də Azərbaycan-Ermənistan normallaşma prosesi ətrafında fikir mübadiləsi aparılıb.

* * *
13:32
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı baş tutub.
AzVision.az xəbər verir ki, bu barədə “Anadolu Ajansı" məlumat yayıb. Nazirlər telefon danışığı əsnasında qarşılıqlı əlaqələr və regional məsələlər ətrafında müzakirələr aparıblar.

AzVision.az


Teqlər: XİN  



Xəbər lenti